Türkiyə şəhidlərin qisasını aldı: 25 terrorçu məhv edildi

Türkiyə şəhidlərin qisasını aldı: 25 terrorçu məhv edildi

Türkiyə ordusu PKK terrorçularına ağır zərbələr endirib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Şəhidlərimizin qanı yerdə qalmadı. Türkiyə ordusunun komandoları “Fərat qalxanı” və “Sülh çeşməsi” əməliyyat bölgələrində PKK/YPG-nin 25 terrorçusu məhv edilib”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Fərat qalxanı” əməliyyatı bölgəsində PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə ordusunun 2 hərbçisi şəhid olub.