Türkiyədə Ukrayna taxılı üçün mərkəz yaradılır

Türkiyədə Ukrayna taxılı üçün mərkəz yaradılır

Türkiyədə Ukrayna taxılına dair koordinasiya mərkəzi yaradılacaq.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

O bildirib ki, razılıq Türkiyə, Rusiya və Ukrayna heyətləri ilə BMT-nin nümayəndələri arasında İstanbulda baş tutan görüşdə əldə olunub.

Akar deyib ki, dördtərəfli görüşdə limanların çıxış-girişlərində birgə nəzarət və transfer marşrutları boyunca naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi texniki məsələlərlə bağlı razılıq əldə edilib.