Kremldən ŞOK – Bu ölkə ilə MÜHARİBƏYƏ başlayır?

Kremldən ŞOK – Bu ölkə ilə MÜHARİBƏYƏ başlayır?

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə tətbiq olunan rəqəmsal məhdudiyyətlərin keçmişə qayıdış olmadığını, hazırkı təhlükəsizlik mülahizələrinin bu addımları zəruri etdiyini bildirib. O, ölkə vətəndaşlarının əksəriyyətinin bu tədbirlərin məqsədəuyğunluğunu və vacibliyini anladığını vurğulayıb. Peskovun sözlərinə görə, xarici messencerlər Rusiya qanunlarına əməl etməli, əks halda dövlət onlara qarşı məhdudlaşdırıcı tədbirlər görməyə məcbur qalacaq.

NOCOMMENT.az xəbər verir ki, Peskov beynəlxalq münasibətlərə də toxunaraq Macarıstanın yeni baş naziri Peter Madyarın dövründə iki ölkənin dost olmasının çətin göründüyünü, lakin Moskvannın Budapeştdən praqmatik yanaşma gözlədiyini qeyd edib. O, Macarıstanın yeni hökumətinin formalaşmasını və ilk konkret addımlarını gözləməyin vacibliyini diqqətə çatdırıb. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri tərəfindən Pasxa atəşkəsinin dəfələrlə pozulduğunu deyən mətbuat katibi, rəqəmlərin hər şeyi aydın göstərdiyini bildirib. ABŞ ilə iqtisadi əməkdaşlıq məsələsindən danışarkən, Vaşinqtonun bu mövzunu Ukrayna böhranı ilə əlaqələndirdiyini, lakin Rusiyanın müxtəlif layihələr üzrə əməkdaşlığı davam etdirməyi təklif etdiyini vurğulayıb. Silahlara nəzarət məsələsində isə Peskov Britaniya və Fransanın hərbi potensialının da müzakirələrə daxil edilməsinin prinsipial əhəmiyyət kəsb etdiyini əlavə edib.

Sara,
NOCOMMENT.az