Dünyanın tanınmış kontent yaradıcılarından biri olan Selin Dept futbol ulduzu Cristiano Ronaldo ilə görüşü zamanı emosional anlar yaşayıb.
NOCOMMENT.az xəbər verir ki, Portuqaliyalı ulduzu yaxından görən Selin Dept həyəcanını saxlaya bilməyərək göz yaşlarına boğulub. Görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və futbolsevərlərin marağına səbəb olub.
Selin Deptin ağladığını görən Ronaldo onu sakitləşdirməyə çalışıb. Məşhur futbolçunun fenomenə “Ağlama, göz yaşlarını sil. Sən həqiqətən gözəlsən” sözlərini dediyi bildirilir.
Ronaldo ilə Selin Dept arasında baş tutan səmimi dialoq və emosional anlar sosial mediada geniş müzakirə olunub. Azarkeşlər xüsusilə futbolçunun diqqətli və mehriban davranışını yüksək qiymətləndiriblər.
Görüş zamanı çəkilən foto və videolar da böyük maraq doğurub. Ronaldo ilə Selin Deptin bir araya gəldiyi anlar qısa müddətdə minlərlə paylaşım və şərh toplayıb.
Tunar
NOCOMMENT.az












