Bakıda dumanlı hava – nə vaxta kimi davam edəcək?

Bakıda dumanlı hava – nə vaxta kimi davam edəcək?

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.

Bu barədə NOCOMMENT.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır.

Dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.