“Evimiz soyuq, uşaqlarımız isə həm körpə, həm də xəstədilər”
NOCOMMENT.az xəbər verir ki, bu şikayətlə paytaxtın Yasamal, Məhəmməd Xiyabani 72/bina 5 ünvanındakı 9 mərtəbəli binanın sakinləri müraciət ediblər.
Onlar deyirlər ki, ödənişləri vaxtlı-vaxtında ödəməyimizə baxmayaraq, binada borclarını ödəməyən sakinlərin güdazına gedirik.
Bu problemdən ən çox da körpələr əziyyət çəkir, sakinlər digər kommunal xidmətlər kimi istilik sisteminin də aylıq haqqının fərdi qaydada ödənilməsini tələb edirlər.
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-dən bildirildi ki, sakinlərin iddia etdiyinin əksinə, həmin binadan 57 mənzil ötən il bir manat da borc ödəməyib.
Qurumdan o da qeyd edildi ki, mənzil sahibləri borclarını davamlı olaraq ödəməsələr, binanı istiliklə təmin eləyən qazanxana fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.











