SON DƏQİQƏ! Prezident sənəd imzaladı - Bu şəxslərə ŞAD XƏBƏR

SON DƏQİQƏ! Prezident sənəd imzaladı - Bu şəxslərə ŞAD XƏBƏR

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, fərmana daxil olan dəyişikliklərdə deyilir ki, ölkədə aqrar sahədə yeni subsidiya mexanizmi tamamilə təkmilləşdirilir və səmərəliliyin artırılması məqsədilə sistemə köklü yeniliklər gətirilir. Sənədə əsasən, ilk dəfə olaraq 2027-ci ildən etibarən avans mexanizmi tətbiq ediləcək ki, bu da fermerlərin əkin və bağçılıq subsidiyalarının 60 faizə qədər olan hissəsini əvvəlcədən əldə etməsinə imkan verəcək. Bu addım fermerlərin aqrotexniki qulluq tədbirlərini vaxtında və gecikmədən həyata keçirməsinə xidmət edəcək və sözügedən avans məbləği subsidiyanın nağdlaşdırılmayan hissəsindən ödəniləcək.

Dəyişikliklərlə reallaşan digər mühüm yenilik isə xüsusi bağçılıq subsidiyasının təsis edilməsidir. Belə ki, çoxillik əkmələrin, yəni bağların salındığı birinci il üçün fermerlərin çəkdikləri xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə hər hektara görə xüsusi subsidiya veriləcək, lakin bağçılıq subsidiyası tətbiq edilmiş çoxillik əkmə sahələri üzrə bağın salındığı ilk il üçün əlavə əkin subsidiyası ödənilməyəcək.

Eyni zamanda, həm bitkiçilik, həm də heyvandarlıq sahələrində məhsul subsidiyası mexanizmi yenidən qurulur. Artıq dövlət dəstəyi yalnız sahəyə görə deyil, birbaşa ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən son bitkiçilik və heyvandarlıq məhsulunun, yaxud xammalının miqdarına görə baza məbləği və müvafiq əmsal düsturu əsasında hesablanacaq.

Heyvandarlıqla məşğul olan fermerlərə kənd təsərrüfatı heyvanlarının saxlanılması, yemlənməsi və damazlıq işinin təşkili ilə bağlı çəkilən xərcləri kompensasiya etmək üçün hər bir heyvana, o cümlədən arı ailələrinə görə birbaşa heyvan subsidiyası ayrılacaq. Sənəddə həmçinin yerli istehsalın beynəlxalq standartlara inteqrasiyası da unudulmayıb; bitkiçilik və heyvandarlıq sahəsində beynəlxalq sertifikatlar alan fermerlərin təsərrüfatlarını lazımi tələblərə uyğunlaşdırmaq üçün çək