TƏCİLİ! Məşhur general HƏBS EDİLDİ - FOTO

TƏCİLİ! Məşhur general HƏBS EDİLDİ - FOTO

Suriya Daxili İşlər Nazirliyi Bəşər Əsəd hakimiyyəti dövründə Deraa vilayətində Hərbi Hava Qüvvələri kəşfiyyat idarəsinə rəhbərlik etmiş keçmiş briqada generalı Xardal Əhməd Dayubun həbs olunduğunu açıqlayıb.

Keçmiş general mülki əhaliyə qarşı törədilmiş ağır cinayətlərdə ittiham olunur.

NOCOMMENT.az xəbər verir ki, rəsmi ittihamnamədə Dayubun məhkəmədənkənar edamların təşkilində birbaşa iştirakı, həmçinin İran və "Hizbullah" qruplaşması ilə sıx koordinasiyalı fəaliyyət göstərməsi xüsusi qeyd edilib.

Bu həbs Əhməd əş-Şaraanın rəhbərlik etdiyi yeni administrasiyanın keçmiş rejimin qalıqlarından təmizlənmə və qanunsuzluqlara qarşı mübarizə strategiyasının növbəti addımı kimi qiymətləndirilir.

Əli Səfərli,
NOCOMMENT.az