Yaralı Müctəba Xameneidən YENİ XƏBƏR

Yaralı Müctəba Xameneidən YENİ XƏBƏR

ABŞ kəşfiyyatının məlumatına görə, İranın yeni ali rəhbəri Müctəba Xamenei atasının ölümü ilə nəticələnən zərbələr zamanı yaralanmasına baxmayaraq, Tehranın hərbi və danışıqlar strategiyasının formalaşdırılmasında iştirakını davam etdirir.

Müctəba Xamenei xəsarət aldığı vaxtdan bəri ictimaiyyət qarşısına çıxmasa da, ABŞ rəsmiləri onun hələ də strateji qərarlara təsir göstərdiyini bildirirlər.

NOCOMMENT.az xəbər verir ki, CNN-in yaydığı məlumata əsasən, Xamenei hazırda yanıq xəsarətləri və digər travmalardan sonra bərpa prosesi keçir. O, əsasən təcrid olunmuş vəziyyətdə qalır və təhlükəsizlik məqsədilə elektron cihazlardan istifadə etmək əvəzinə, rabitəni kuryerlər vasitəsilə qurur.

Mənbədə qeyd olunur ki, hazırda İran rəhbərliyində müəyyən parçalanma müşahidə olunur. Tehran ABŞ-ın münaqişənin dayandırılması ilə bağlı təkliflərini nəzərdən keçirdiyi bir vaxtda, gündəlik qərarların böyük hissəsi SEPAH-ın yüksək rütbəli komandirləri və parlament spikeri Məhəmməd Baqer Qalibaf tərəfindən qəbul edilir.

Əli Səfərli,
NOCOMMENT.az