Dəfn mərasimində gərginlik: "Haqqımı halal etmirəm" deyə bağırdı

Dəfn mərasimində gərginlik: "Haqqımı halal etmirəm" deyə bağırdı

Aydının İncirliova rayonunda öz bəslədiyi buğanın hücumu nəticəsində ağır yaralanan və 51 günlük yaşam mübarizəsindən sonra 64 yaşında vəfat edən Mövlud Bacaksız son mənzilə yola salınıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə martın 17-də baş verib; buğa yetişdiricisi olan Bacaksız heyvanın hücumu zamanı çoxsaylı qabırğa sınıqları ilə xəstəxanaya yerləşdirilib, lakin intensiv terapiya şöbəsində aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Cümə namazından sonra keçirilən dəfn mərasimində isə hər kəsi təəccübləndirən insident yaşanıb. İmam toplaşanlardan mərhum üçün halallıq istədiyi zaman kütlə arasından bir nəfər yüksək səslə "Haqqımı halal etmirəm" deyə bağırıb.

Bu gözlənilməz çıxışdan sonra mərhumun yaxınları səsin gəldiyi tərəfə yönəlib, imam isə həmin şəxsdən bunun səbəbini soruşub. Lakin heç bir cavab verməyən həmin şəxs ətrafdakıların sərt təpkisindən sonra ərazidən uzaqlaşıb. Gərginlikdən sonra Mövlud Bacaksızın cənazəsi İncirliova qəbiristanlığında torpağa tapşırılıb.

Əli Səfərli,
NOCOMMENT.az