Türkiyənin Qaziantep şəhərində sürətlə hərəkət edən motosikletin küçədə ailəsi ilə birlikdə gedən 4 yaşlı qıza çırpılması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə mayın 8-i günorta saatlarında Şahinbey rayonunun Beydilli məhəlləsində qeydə alınıb. Təhlükəsizlik kameralarına saniyə-saniyə əks olunan görüntülərdə sürətlə gələn motosikletin kiçik qızı vuraraq metrələrlə havaya sovurduğu və sürücünün dayanmadan hadisə yerindən qaçdığı görünür. Şahidlərin ihbarı əsasında əraziyə dərhal polis və tibbi yardım qrupları cəlb edilib.
İlk müdaxilədən sonra xəstəxanaya çatdırılan azyaşlının bədənində çoxsaylı sınıqların olduğu və müalicəsinin davam etdiyi bildirilir. Faktla bağlı genişmiqyaslı araşdırma başladılıb; polis hadisə yerindən qaçan sürücünün şəxsiyyətini müəyyənləşdirərək onu yaxalamaq üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.














