128-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

128-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 128-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 226 təyyarəsi, 134 helikopteri, 1 411 PUA-sı, 353 zenit-raket kompleksi, 3 873 tank və digər zirehli texnikası, 699 reaktiv yaylım atəş sistemi, 3 067 artilleriya və minaatanı, 3 948 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.