132-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

132-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 36 350 hərbçisi məhv edilib”.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bundan əlavə Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 594 tank, 3 772 zirehli maşın, 806 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 187 helikopter, 660 operativ-taktiki PUA, 144 qanadlı raket, 15 gəmi/qayıq, 2 634 avtomobil və avtoçən, 65 xüsusi texnikadan ibarətdir.