133-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

133-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 36 300 hərbçisi məhv edilib”.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 600 tank, 3 789 zirehli maşın, 812 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 107 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 187 helikopter, 664 operativ-taktiki PUA, 153 qanadlı raket, 15 gəmi/qayıq, 2 648 avtomobil və avtoçən, 65 xüsusi texnikadan ibarətdir.