Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 36 650 hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 602 tank, 3 797 zirehli maşın, 815 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 107 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 187 helikopter, 667 operativ-taktiki PUA, 155 qanadlı raket, 15 gəmi/qayıq, 2 665 avtomobil və avtoçən, 66 xüsusi texnikadan ibarətdir.












