23-cü gün: Ukraynanın itkiləri açıqlandı

23-cü gün: Ukraynanın itkiləri açıqlandı

Gün ərzində Rusiya aviasiyası Ukraynanın 54 hərbi obyektini, o cümlədən üç komanda məntəqəsini məhv edib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi hərbi əməliyyat başlayandan indiyədək 184 pilotsuz uçuş aparatı, 1 412 tank və digər zirehli döyüş maşını, 142 reaktiv yaylım atəşi sistemi, 542 səhra artilleriya və minaatan qurğusu, həmçinin 1 211 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib”, – deyə İ.Konaşenkov qeyd edib.