“Hər şeyə baxmayaraq, biz Laçından yan keçməliyik. Soydaşlarımızın Laçında yaşamağa davam edəcəyini çətin hesab edirəm”.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bunu Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyan deyib.
“Bəyanatın 6-cı bəndinə əməl etməkdən imtina edə bilərik, lakin bunun nəticələrini müzakirə etməliyik. Mən də Laçından çıxmaq siyasətinə qarşıyam, amma 120 min insanımızın taleyini düşünməliyik. Təəssüflər olsun ki, ölkədə elə bir xain şəbəkə var ki, azərbaycanlılar hətta mənim nə vaxt kabinetdən çıxıb parlamentə gəldiyimi bilirlər”, – deyə o bildirib.












