Ermənistan parlamenti sədrinin müavini İşxan Saqatelyan tutduğu vəzifədən azad edilb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, məlumatı “Aysor” yayıb.
Bildirilib ki, bununla bağlı gizli səsvermə keçirilib. 66 deputat onun vəzifədən getməsinin lehinə səs verib, əleyhinə səs verən ollmayıb.
Məlumata görə, İşxan Saqtelyan parlamentin iclaslarında müntəzəm iştirak etməyib, ali qanunverici orqanda iğtişaşlar, qarşıdurma yaradıb, cəmiyyətin müxtəlif təbəqlərinin nümayəndələrini təhqir edib.
Qeyd edək ki, İşxan Saqatelyan Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın başçılıq etdiyi müxalifət sayılan “Ermənistan” (“Hayastan”) parlament fraksiyasının deputatıdır.












