Ermənistanda bankda partlayış: Ölən və yaralılar var

Ermənistanda bankda partlayış: Ölən və yaralılar var

Ermənistanın Aştarak şəhərində yerləşən banklardan birində partlayış baş verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, partlayışdan sonra bankda yanğın başlayıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb.

Yanğının artıq söndürüldüyü bildirilir.