Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb

Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb

Ermənistanda Livan vətəndaşının meyiti aşkarlanıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı məlumat yayıb.

Qeyd edilir ki, hadisə Qeqarkunik rayonunda qeydə alınıb. Xarici ölkə vətəndaşının meyiti “Nissan” markalı avtomobildə aşkarlanıb. Araşdırmalar zamanı həmin şəxsin Livan vətəndaşı, 51 yaşlı Şaxe Q. olduğu müəyyənləşib.

Faktla bağlı təhqiqat aparılır.

Qeyd edək ki, bu, Ermənistanda xarici ölkə vətəndaşları ilə bağlı qeydə alınan növbəti hadisədir. Daha əvvəl paytaxt İrəvanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanmışdı. Bundan əvvəl də paytaxtda İran vətəndaşının asılmış meyiti tapılmışdı.