Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılıblar

Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılıblar

Ermənistanda ehtiyatda olan hərbçilər avqustun 1-dən oktyabrın 30-dək təlimə çağırılıblar.

NOCOMMENT report-a istinadən xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Təlimə 1 500 hərbçi, 130-dan çox nəqliyyat vasitəsi cəlb olunacaq.

Bildirilib ki, təlim döyüş növbətçiliyinin gücləndirilməsi məqsədi ilə keçiriləcək.