Bizdə olan məxfi məlumata əsasən, rusiyalı mütəxəssislər Zəngəzurda yolçəkmə işləri ilə məşguldurlar. Prossesə ciddi şəkildə start verilib.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Ambartsum Kabanyan çıxış edib.
“Ən maraqlısı budur ki, bütün yolun çəkilişi ilə bağlı Ermənistan və Azərbaycan arasında heç bir mübahisə olmasa da, daglıq ərazisində olan 6 kilometr ərazinin tətbiqi zamanı problemlər olub. Bu ərazilərinin Azərbaycan tərəfinin nəzarəti altına verilməsi qərara alınıb. Bu, dəqiqdir”, – deyə erməni ekspert qeyd edib.












