MN: Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində atəş açması yalandır

MN: Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində atəş açması yalandır

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil.

Bu barədə NOCOMMENT-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu qarşı tərəfin növbəti dezinformasiyasıdır”, – deyə nazirlikdən qeyd olunub.