Qaçmaq istəyən Qaqik Çarukyan hava limanında saxlanıldı

Qaçmaq istəyən Qaqik Çarukyan hava limanında saxlanıldı

Ermənistanda keçirilən parlament seçkilərindən dərhal sonra müxalifət düşərgəsində xaos və həbs dalğası başlayıb. Ölkənin ən zəngin oliqarxlarından biri, "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Çarukyan ölkəni tərk etmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilib.

NOCOMMENT.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Qaqik Çarukyan İrəvanın "Zvartnots" beynəlxalq hava limanı vasitəsilə təcili şəkildə Ermənistandan qaçmağa cəhd göstərib, lakin sərhədçilər və polis əməkdaşları onun ölkədən çıxışına icazə verməyərək qarşısını kəsiblər.

Məlumata görə, bu hadisədən az əvvəl — iyunun 9-da Ermənistan Baş Prokurorluğu Çarukyana qarşı xüsusilə külli miqdarda vergidən yayınma ittihamı ilə rəsmən ictimai cinayət təqibi başladıb. Məhkəmə tərəfindən onun barəsində qətimkan tədbiri olaraq ölkədən çıxışa qadağa (böyük ölçüdə qərarı) qoyulubmuş.

Qeyd edək ki, Çarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyası 7 iyun tarixində keçirilən parlament seçkilərində cəmi 3,99% səs toplayaraq 4 faizlik deputatlıq baryerini keçə bilməyib və parlamentdən kənarda qalıb. Partiya nümayəndələri bu nəticələrlə razılaşmadıqlarını, səslərin yenidən hesablanması tələbi ilə Mərkəzi Seçki Komissiyasına (MSK) apellyasiya şikayəti verəcəklərini bəyan etsələr də, rəsmi İrəvan oliqarxın maliyyə cinayətlərinin araşdırılmasına start verib. Erməni şərhçilər keçmiş dövlət başçıları Robert Köçəryan və Serj Sərkisyanın dövründəki təqiblərdən yayınmağı bacaran Çarukyanın bu dəfə Nikol Paşinyanın hüquqi tələsindən xilas ola bilmədiyini yazırlar.

Sara,
NOCOMMENT.az