Türkiyə ilə razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır

Türkiyə ilə razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır

Ermənistan-Türkiyə sərhədinin açılmasına dair ilk razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O xatırladıb ki, hər iki ölkədən danışıqlarda iştirak edən nümayəndələr (Ruben Rubinyan və Serdar Kılıç) üçüncü ölkə vətəndaşları üçün quru sərhədlərinin açılması, eləcə də hava yüklərinin daşınması ilə bağlı razılaşma əldə ediblər.

Onun sözlərinə görə, razılaşmaların həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq qurumlarının bu prosesi koordinasiya etməsi çox vacibdir.

İndi Ermənistanla Türkiyə arasında yükdaşımalar dairəvi yolla, Gürcüstandan keçməklə həyata keçirilir. Onlar, əsasən, Türkiyədən idxalla təmsil olunur, çünki Ermənistan, faktiki olaraq, türk mallarının idxalını əngəlləyir (sərnişinlərin şəxsi istifadə üçün idxal etdiyi mallar istisna olmaqla).

Xatırladaq ki, iyulun 1-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Serdar Kılıç və Ruben Rubinyan arasında dördüncü görüş baş tutub. Görüş zamanı Türkiyə və Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına dair razılıq əldə olunub.