Türkiyədə daha bir meşə yanır

Türkiyədə daha bir meşə yanır

Türkiyənin Çanaqqala vilayətində meşə yanğını başlayıb.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, yanğın vilayətin Ezine bölgəsində başlayıb.

Hazırda yanğınla 2 təyyarə və 2 helikopterlə havadan, bir neçə texnika ilə isə qurudan mübarizə aparılır.

Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.