Türkiyədə uçqun altında qalıb ölən sürücü azərbaycanlı imiş – VİDEO

Türkiyədə uçqun altında qalıb ölən sürücü azərbaycanlı imiş – VİDEO

Türkiyənin Artvin vilayətində torpaq uçqunu zamanı azərbaycanlı sürücü həlak olub.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasından (ABADA) bildirilib.

Qeyd edilib ki, uçqun nəticəsində Türkiyə vətəndaşları olan daha iki TIR sürücüsü xəsarət alıb: “Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb”.