Ukraynada növbəti FACİƏ: Raket zərbəsi onlarla dinc sakini öldürdü

Ukraynada növbəti FACİƏ: Raket zərbəsi onlarla dinc sakini öldürdü

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 30-dan çox sakin ölüb, 100-dən çox insan yaralanıb.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə “Ukrzaliznitsa” (“Ukrayna Dəmir Yolu”) Açıq Cəmiyyətinin İdarə Heyətinin rəhbəri Aleksandr Kamışin məlumat verib.

Raket sakinlər təxliyə olunan zaman düşüb.

Donetsk vilayəti hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib ki, vağzala “İsgəndər” atılıb: “Polis, xilasedicilər hadisə yerində fəaliyyət göstərirlər. Onlarla ölən və yaralananlar var”.

O, Ukrayna vətəndaşlarını Donetsk vilayətindən çıxmağa çağırıb.

Daha sonra hərbi mütəxəssislər atılan raketin Toçka-U olmasını müəyyən ediblər.