Abşeronda acınacaqlı durum: Həyətlərə çirkab su dolub, kanalizasiya xətti isə yoxdur – VİDEO

Abşeronda acınacaqlı durum: Həyətlərə çirkab su dolub, kanalizasiya xətti isə yoxdur – VİDEO

Abşeron rayonunun Məmmədli kənd sakinləri həyətlərinə çirkab sularının dolmasından şikayətçidirlər.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Sakinlərin sözlərinə görə, Məmmədlinin Nəriman Nərimanov küçəsində yerləşən 20-yə yaxın evin zirzəmisinə tullantı suları dolub. Küçə isə keçilməz vəziyyətə düşüb.

Daha bir vətəndaş qeyd edib ki, problemin yaranmasına səbəb yaxınlıqdakı kanalizasiya xəttinin sıradan çıxmasıdır:

“Belə acınacaqlı vəziyyətdə yaşamağa məhkum olmuşuq, amma aidiyyəti qurumlardan tədbir görəni yoxdur”.

 

Abşeronda acınacaqlı durum: Həyətlərə çirkab su dolub, kanalizasiya xətti isə yoxdur - VİDEO

Abşeronda acınacaqlı durum: Həyətlərə çirkab su dolub, kanalizasiya xətti isə yoxdur - VİDEO

Sorğusuya cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən kanalizasiya xəttinin sıradan çıxması ilə bağlı səsləndirilən iddia təkzib olunub:

“Bu məlumat yanlışdır. Çünki Məmmədli kəndinin N.Nərimanov küçəsində ümumiyyətlə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi (kanalizasiya xətti – red.) mövcud deyil. Təchizat sistemi olmayan ərazilərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sifarişi ilə şəbəkənin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”. /oxu.az/