TƏBİB-in qərarı ilə dövlət xəstəxanalarında, poliklinikalarda stomatoloji xidmətlər ləğv edilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ixtisara düşən həkimlər sosial şəbəkələrdə videolar paylaşır..
Bu paylaşımlardan biri də 32 il stomatoloq işləyən həkim tərəfindən olub.
O, öz iş otağı ilə vidalaşması barədə görüntülər paylaşıb.
Xatırladaq ki, ölkənin müxtəlif bölgələrindən olan stomatoloqlar yanvarın 7-də TƏBİB qarşısında aksiya keçirərək, qərarın ləğv olunmasını tələb etmişdilər.












