Masazır kəndinin Qara Qarayev küçəsində yerləşən “Məzun evi”nin sakinləri bir sıra problemlərlə üz-üzə qalıblar.
NOCOMMENT.az xəbər verir ki, kanalizasiya xəttinin tez-tez daşması nəticəsində həyətyanı sahələr suyun içində qalır.
Həmçinin kanalizasiya suyunun yaxınlıqda yerləşən şirin su anbarına qarışma ehtimalı var ki, bu da ciddi təhlükə yaradır.
“Bütün bina təhlükədədir. Aidiyyəti qurumlara müraciət etmişik, amma hələ də gəlib baxan yoxdur. Əgər xəstəliklər və zəhərlənmələr baş verərsə, hansı dövlət qurumu cavab verəcək?” – deyə şikayətçi vurğulayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib ki, “Məzun evi” sosial xidmət müəssisəsi üç çoxmənzilli binadan ibarətdir. Ərazidə mütəmadi olaraq monitorinqlər aparılır və bütün çatışmazlıqlar aradan qaldırılır. Qeyd olunan məsələnin həlli istiqamətində müvafiq işlər davam etdirilir. /BAKU TV/












