Xəbər verdiyimizi kimi, Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub.
NOCOMMENT.az xəbər verir ki, hadisə bu gün saat 01:30 radələrində rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 39 yaşlı İsa Boloyev restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.
Məlumata görə, İsa Boloyev Zaqatalada sahibkar kimi tanınır və rayon ərazisində restoran sahibi olub.
Son məlumata əsasən, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.












